Pleyeri seçin:

MN-də 143 milyonluq yeyinti edənlər | Məhkəmə necə nəticələndi?

07 dekabr 2024 395 baxış

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə son söz demək imkanı verilib.

General-mayor Nizami Məmmədov son söz zamanı özünü qismən təqsirli bilib. O, mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib.

General vurğulayıb ki, Məlikməmməd Qurbanovdan 800 min manat almayıb. O, ittihamda olan 143 milyon manat məbləğin şişirdildiyini vurğulayaraq üzərinə düşən hissəsini dövlət büdcəsinə qaytardığını deyib.

Bayram Bayramov da son sözündə özünü qismən təqsirli bilib. O, 235 700 manat vəsaitin mənimsənilməsi ittihamını qəbul etdiyini bildirib. O, üzərinə düşən və dövlətə vurulmuş ziyanı ödəməyə hazır olduğunu deyib.

Bundan sonra Cəlal Kazımov və Vüsal Əlizadə son sözlə çıxış ediblər. Onlar da özlərini qismən günahkar sayıblar, məhkəmədən barələrində ədalətli qərar çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərin hər ikisi dövlətə dəymiş ziyanı ödəməyə hazır olduqlarını deyiblər.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə görə, Nizami Məmmədov 11 il 6 ay, Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bundan başqa, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 395 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 395 baxış
Seçilmişlər
icon