Prezidentin xüsusi nümayəndəsi: Qarabağın 18 faizi minalardan təmizlənib
Yeniliklərdən dərhal xəbərdar olun
“Ağdam və Füzuli şəhərlərinin baş planları tam təsdiqlənib, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları isə yekunlaşıb”.
Bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı qarşılaşdığımız ən əsas problemlərdən biri ərazilərin minalarla hədsiz çirklənməsidir. Bildirmək istərdim ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra indiyədək Ermənistanın mina terroru nəticəsində 300-dən artıq Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır. Bu istiqamətdə üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 18,1 faizi, yəni 42,635 hektar ərazi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və minatəmizləmə əməliyyatlarını tam miqyasda davam etdiririk. Hazırda baza infrastruktur layihələrinin həyata keçirildiyi ərazilər və tikinti aparılacaq sahələr prioritet təşkil edir. Qeyd olunan təmizlənmiş ərazilərdə indiyədək 61,163 mina və partlamamış hərbi sursat aşkarlanmışdır. Minatəmizləmə işləri ANAMA başda olmaqla Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılır”, – deyə o əlavə edib.
#Emin Hüseynov teqi istifadə olunub
- Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - Baku TV
- Emin Hüseynov WUF13-ün Azərbaycan üçün əhəmiyyətindən danışıb - Baku TV
- Azərbaycan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə nə qədər vəsait ayırıb? - Baku TV
- Emin Hüseynov regionda aparılan bərpa-quruculuq işlərindən danışdı - Baku TV
- WUF13-də erməni vandalizmindən danışıldı | "Təhqiramiz şəkillər var idi, indi isə..." - Baku TV
