Qanı necə təmizləmək olar? - Həkimlərdən qızıl dəyərində tövsiyə
Həkimlər qanı təmizləyən 6 məhsulun adını açıqlayıblar.
Onlardan birincisi təbii sudur. Onun sayəsində lazımlı elektrolitlər xaricdən əldə edilir, gərəksizlər isə sidiklə bədəndən çıxarılır.
Siyahıda ikinci yerdə sarımsaq qərarlaşıb. O, təkcə immuniteti gücləndirmir, həm də qanda olan toksinləri zərərsiz hala gətirir. Sarımsaq həm də ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır.
Limon tərkibindəki yüksək “C” vitamini sayəsində orqanizmin immun xüsusiyyətlərini artırır və yağların daha sürətli parçalanmasına kömək edir.
Qaragilə isə ağciyər hüceyrələrinin sürətli bərpasını təşviq edir, müəyyən fermentlərin istehsalını stimullaşdırır və həmçinin toksinlərin bədəndən çıxarılmasında faydalıdır.
Balıqdakı omeqa-3 yağ turşuları, öz növbəsində, qaraciyər və böyrək toxumasını bərpa edərək qandan toksinlərin daha yaxşı xaric olmasına yardımçı olur.
Sonda zəncəfil fəsiləsinə aid zərdəçal da tövsiyə olunur. Çünki iltihabla mübarizə aparmağa və qaraciyərdə vacib fermentləri sintez etməyə kömək edir.
#C vitamini teqi istifadə olunub
- Limon suyu içənlərlə bağlı araşdırmanın nəticəsi gözlənilməz oldu
- Xroniki xəstəliklərin riskini azaltmağın yolları | Kişiləri daha da sağlam edəcək vitaminlər
- Hansı qidaları çiy yemək xeyirli imiş? - Diyetoloqlardan faydalı məsləhət
- Naringini həftədə neçə dəfə yemək lazımdır? | Ürək və böyrək sağlamlığı üçün...
- Xurmanın vitaminlərini qorumaq üçün nələr etməliyik? | Mütəxəssislərdən vacib tövsiyə
