Pleyeri seçin:

"Bura istirahət yerimizdir, olmaz!" | Sakinlərdən sərt reaksiya: "Yeyib-içirlər, sonra..." - Baku TV

13 iyun 2026 399 baxış

Paytaxt sakinlərinin və turistlərin yay mövsümündə ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Lakin bəzi dəniz sahillərində müxtəlif məişət tullantılarına rast gəlinir ki, bu da xoşagəlməz mənzərə yaradır.

Vətəndaşların sözlərinə görə, bəzi insanlar istirahətdən sonra tullantılarını toplamaq əvəzinə sahildə qoyub gedirlər.

“Gəlirik, yeyirik, içirik, istirahət edirik. Amma çoxları gedəndə öz zibillərini yığışdırmır”, “Belə hərəkətlər ayıbdır. Biz özümüz tullantıları yığıb zibil qablarına atırıq”, – deyə vətəndaşlar bildiriblər.

Mütəxəssislərin fikrincə, sahillərdəki plastik və məişət tullantıları dəniz canlılarına, suyun keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərir.

Ekoloq Sadiq Həsənov bildirir ki, ərazilərə nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidməti tərəfindən həyata keçirilir:

“Dənizdə və sahildə çirklənmə səviyyəsi ölçülür. Eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən monitorinqlər aparılır. Həm bakterioloji, həm bioloji vəziyyət, həm də müxtəlif xəstəliklərin yayılma riski mütəmadi olaraq qiymətləndirilir”.

O əlavə edib ki, qida qalıqları və digər üzvi maddələr parçalanaraq bakteriyaların çoxalmasına və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsindən isə bildirilib ki, Bilgəh qəsəbəsində yerləşən “Daçnik” çimərliyində bəzi istirahətçilər tullantıları xüsusi tutumlara atmaq əvəzinə, sahildə qoyub getməklə sanitar qaydaları heçə sayırlar. Ərazidə natəmizlik yaratmaqla xoşagəlməz görüntülərə səbəb olurlar.

Qurumdan qeyd olunub ki, bu halların qarşısını almaq üçün işçi qrupları yaradılıb və ərazidə sanitar vəziyyət nəzarətdə saxlanılır.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 399 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 399 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 399 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 399 baxış
Seçilmişlər
icon