"Camaatı aldatmaqla məşğuldurlar" | Aylardır problemlə üzləşən sahibkar danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunun Üçtəpə kənd sakini, sahibkar Cəlal Əhmədov iddia edir ki, “Azərtoxum” MMC ilə bağladığı müqavilə üzrə ödəniş etdiyi toxumların tam həcmini ala bilməyib.
Onun sözlərinə görə, şirkətə 74 600 manat ödəməsinə baxmayaraq, cəmi 32 250 manatlıq toxum təhvil verilib.
Sahibkar bildirir ki, qalan 42 350 manatlıq toxum isə hələ də təqdim olunmayıb.
“Beş-altı ildir yerkökü əkini ilə məşğulam. Dövlət dəstəyi ilə subsidiyalar almışıq, soyuducu anbarlar tikmişik və fəaliyyətimiz uğurla davam edib. Hər il bazarın tələbatının ödənilməsinə töhfə verirdik. Bu il isə ciddi problemlə üzləşmişik. Müqaviləyə əsasən, toxumlar 45 gün ərzində təhvil verilməli idi. Lakin onlar 60 gündən sonra gətirildi. Bu gecikmə səbəbindən yaz əkinini vaxtında həyata keçirə bilmədik, sahələr boş qaldı və ciddi zərərə düşdük. Hazırda da toxumun yalnız yarısı verilib, qalan hissə təqdim olunmayıb”, – deyə şikayətçi bildirib.
Qeyd edək ki, Baku TV-nin çəkilişindən sonra məsələ öz həllini tapıb və tərəflər arasında yaranmış problem aradan qaldırılıb.
#Cəlilabad teqi istifadə olunub
- Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT
- “Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
