Pleyeri seçin:

"Öz gözlərimlə görmüşəm, neçə dəfə..." | Binəqədidə sürücülərin gününü qara edən yol - Baku TV

29 iyul 2026 312 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında məlum olub ki, Binəqədi rayonu, Koroğlu küçəsində aylar əvvəl içməli su xəttində yaranmış nasazlıqla bağlı aidiyyəti qurum tərəfindən təmir işləri aparılıb. Lakin sakinlərin sözlərinə görə, görülən işlər problemi aradan qaldırmayıb.

Belə ki, nə su sızmasının qarşısı alınıb, nə də qazıntı işlərindən sonra dağıdılan yol infrastrukturu bərpa edilib.

Nəticədə, içməli su yolboyu axaraq israf olunur, yolda yaranan iri çuxurlar isə nəqliyyatın hərəkətinə ciddi maneə yaradır və qəza riskini artırır.

“Neçə dəfə burada qəza baş verib. Şəxsən mən qışda gördüm ki, yolun həmin hissəsində su yığılmışdı. Maşın sürüşərək idarəetməni itirdi, qəza baş verdi. Xəsarətalanlar da oldu”, – deyə sakinlərdən biri bildirib.

“Bir dəfə avtomobilimin təkəri çuxura düşərək partladı. Məcbur qalıb əks yola çıxırıq. Sonra da deyirlər ki, sürücülər qaydalara əməl etmir, əsasən də xanım sürücüləri günahlandırırlar. Halbuki buna məcbur oluruq”, – deyə digər sakin qeyd edib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, müraciət Binəqədi rayon Sukanal İdarəsinə yönləndirilib. Qısa müddətdə əraziyə briqada cəlb olunacaq, araşdırma aparılacaq və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.

Banner
Hövsan qəsəbəsinə mediatur təşkil edilib

Hövsan qəsəbəsinə mediatur təşkil edilib

Cəmiyyət
30 oktyabr 2026 312 baxış
Açıq-aşkar səhlənkarlıq edirlər | Bakıda konflikt nöqtəsinə çevrilən kəsişmə - NECƏ OLMALIDIR?

Açıq-aşkar səhlənkarlıq edirlər | Bakıda konflikt nöqtəsinə çevrilən kəsişmə - NECƏ OLMALIDIR?

Cəmiyyət
30 oktyabr 2026 312 baxış
Cərimə ödənişləri zamanı əlavə xərclər nə zaman həllini tapacaq? | İqtisadçıdan açıqlama - Baku TV

Cərimə ödənişləri zamanı əlavə xərclər nə zaman həllini tapacaq? | İqtisadçıdan açıqlama - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 312 baxış
Çörəklə bağlı narazılığın əsl səbəbi bu imiş | "N1" çörək zavodundan reaksiya - Baku TV

Çörəklə bağlı narazılığın əsl səbəbi bu imiş | "N1" çörək zavodundan reaksiya - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 312 baxış
Yeni Suraxanı-Hövsan xəttində hansı işlər görülüb? | ADY rəsmisindən açıqlama - Baku TV

Yeni Suraxanı-Hövsan xəttində hansı işlər görülüb? | ADY rəsmisindən açıqlama - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 312 baxış
İclasda rəqabət qanunvericiliyi və müasir bazar çağırışları müzakirə olunub - Baku TV

İclasda rəqabət qanunvericiliyi və müasir bazar çağırışları müzakirə olunub - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 312 baxış
Texnologiya və innovasiya sahəsində qanunvericilik yenilikləri təsdiqləndi - Baku TV

Texnologiya və innovasiya sahəsində qanunvericilik yenilikləri təsdiqləndi - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 312 baxış
Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi - Baku TV

Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 312 baxış
"Heyvan döyüşlərini əyləncəyə çevirmək vəhşilikdir" | "Heyvanı canlı hədəfə çevirmək olmaz" - AMİN

"Heyvan döyüşlərini əyləncəyə çevirmək vəhşilikdir" | "Heyvanı canlı hədəfə çevirmək olmaz" - AMİN

Cəmiyyət
29 oktyabr 2026 312 baxış
Əvvəlki məbləğlər yeni göstəriciyə necə uyğunlaşdırıla bilər?

Əvvəlki məbləğlər yeni göstəriciyə necə uyğunlaşdırıla bilər?

Cəmiyyət
29 oktyabr 2026 312 baxış
Seçilmişlər
icon