"Qiymətlər 2 dəfə düşüb, amma..." | Ev almaq istəyənlər bunları mütləq bilsin
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mənzillərin qiyməti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz artıb. Bahalaşma ən çox vətəndaşlar tərəfindən satılan evlərdə qeydə alınıb. Bu evlərin qiyməti sözügedən dövrdə 12,8 faiz artıb. Tikinti şirkətlərinin satdığı mənzillərdə isə 12,5 faiz bahalaşma olub.
Bəs 2026-cı ildə qiymətlər necə dəyişə bilər?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, ölkə iqtisadiyyatında bir sıra güzəştlərin müddətinin 2026-cı ildən artırılmamasının daşınmaz əmlak bazarına təsiri ehtimalı olsa da, yenə də qiymətlərin enəcəyi gözlənilmir:
“Ola bilsin ki, ötən illərdə olduğu kimi, sürətli qiymət artımı ilə qarşılaşmayaq. Amma bu o demək deyil ki, daşınmaz əmlakın dəyəri aşağı düşərək qiymətlərə mənfi təsir göstərəcək”.
Ekspert əlavə edib ki, daşınmaz əmlak bazarında qiymət artımına səbəb tələbin təklifi üstələməsi yox, bu sahənin ölkədə əsas investisiya alətinə çevrilməsidir.
İqtisadçı hesab edir ki, digər investisiya alətlərinin inkişaf edəcəyi təqdirdə daşınmaz əmlaka maraq azala bilər.
#Daşınmaz əmlak teqi istifadə olunub
- Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV
- "Hakim öz vəzifəsindən sui-istifadə edir" | Sakinlərin iddiasına Ali Məhkəmədən cavab - Baku TV
- "10 gün vaxt verib ki, boşaldın evi" | Hakim vətəndaşın evini əlindən alır? - Baku TV
- Hansı ərazilərdə kirayə ev tutmaq əhaliyə daha da baha başa gələcək? - Baku TV
- "Harada qalacaq bu camaat?" | Mənzil qalmaqalı böyüyür, sakinləri küçədə qoyan kimdir? - Baku TV
