Pleyeri seçin:

"Şüşələri də vurub sındırıblar" | Hövsan Mədəniyyət Sarayı görün nə hala salındı - Baku TV

14 may 2026 459 baxış

Bakının Hövsan qəsəbəsində təxminən beş il əvvəl təmirinə başlanılan Hövsan Mədəniyyət Sarayı hələ də istifadəyə verilməyib.

Hazırda acınacaqlı vəziyyətdə olan bina ilə bağlı bir qrup qəsəbə sakini sosial şəbəkələrdə video müraciət yayaraq aidiyyəti qurumlara səsləniblər.

Sakinlər bildirirlər ki, vaxtilə müəyyən təmir işləri aparılsa da, prosesin dayanması binanın xarabalığa çevrilməsinə yol açıb.

Qəsəbə sakinlərindən birinin sözlərinə görə, üç il əvvəl binada daxili suvaq işləri görülmüş və pəncərələr quraşdırılmışdı. Lakin nəzarətsizlik və işlərin yarımçıq qalması səbəbindən sonradan şüşələr sındırılıb, binanın daxili hissələri dağıdılıb. Hazırda tikili baxımsız və bərbad haldadır.

Məsələ ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən qeyd olunub ki, paytaxtda və regionlarda əsaslı təmirə və yenidənqurmaya ehtiyacı olan mədəniyyət müəssisələrinin investisiya proqramlarına daxil edilməsi imkanları hazırda nəzərdən keçirilir.

Qurumun məlumatına görə, bu istiqamətdə lazımi monitorinqlər və texniki qiymətləndirmələr aparılır.

İdarədən həmçinin qeyd olunub ki, Hövsan Qəsəbə Mədəniyyət Evi ilə bağlı məsələyə də aidiyyəti üzrə baxılır. Müvafiq maliyyə vəsaiti ayrıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri prosedurlar həyata keçiriləcək və binada yarımçıq qalmış işlər davam etdiriləcək. 

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 459 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 459 baxış
Seçilmişlər
icon