"Yaşamağa yerim yoxdur" | Sakinlərin şikayətinə niyə baxılmır? - Baku TV
Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 ünvanında yerləşən binanın sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yaşadıqları binanın təhlükəli vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib.
Sakinlərin sözlərinə görə, binada şəraitsiz vəziyyətdə yaşamaları ilə əlaqədar müvafiq qurumlara dəfələrlə müraciət ediblər. Lakin bu müraciətlər indiyədək cavabsız qalıb.
“Biz hara gedək?! Yaşamağa yerim yoxdur. Seçilmiş deputatdan xahiş edirəm ki, ortaya çıxsın. Seçki vaxtı deyirdiniz ki, asfalt da olacaq, evlə də təmin ediləcəksiniz. İndi haradasınız?!”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina 1990-cı ildə tikilib və yalnız bir hissəsi istismara qəbul olunub:
“Bu bina ilə bağlı məlumatımız var və məsələ nəzarətimizdədir. Müvafiq qurumlara dəfələrlə rəsmi məlumat verilib, müraciətlər olunub. Yaxın vaxtlarda sakinlərin sənədləşmə məsələsinin təmin ediləcəyi nəzərdə tutulur”.
#Xətai rayonu teqi istifadə olunub
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
- Qaş düzəldəndə göz çıxardılar? - Asfalt örtüyü dəyişilən yolların xətlənməsi niyə yubanır? - Baku TV
- 8 Noyabr prospektində yenilik | Bu hissələrdə diqqətli olun - Baku TV CANLI
- Xətaidə yol təmirinə start verilir | Sürücülərə müraciət - Baku TV
- Xətaidə baş verən problem niyə həll olunmur? | Problem nə vaxt aradan qaldırılacaq? - Baku TV
