Pleyeri seçin:

Regionun ekoloji bərpasında mühüm rol oynayan “Suqovuşan” su anbarı - Baku TV

15 yanvar 2026 748 baxış

Uzun illər işğal altında qaldıqdan sonra bərpa edilən “Suqovuşan” su anbarı artıq təkcə texniki obyekt deyil, regionun ekoloji dirçəlişində mühüm rol oynayan strateji həyat mənbəyinə çevrilib.

Tərtər və ətraf rayonlarda minlərlə hektar əkin sahəsi məhz bu su anbarı hesabına suvarılır. Bu isə həm kənd təsərrüfatının inkişafına, həm də ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.

Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin baş mühəndisi Hafiz Səfərov bildirib ki, erməni işğalı dövründə su anbarı istismar olunmadığından obyekt tamamilə bərbad vəziyyətə düşmüşdü.

Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi qələbədən sonra ərazidə genişmiqyaslı yenidənqurma və əsaslı təmir işlərinə başlanılıb.

Onun sözlərinə görə, 2023-cü ildə “Suqovuşan” su anbarı tam əsaslı şəkildə bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib.

Baş mühəndis əlavə edib ki, işğal dövründə istehkam kimi istifadə olunan sağ və sol sahil magistral kanallar da ciddi zədələnmişdi. Bərpa işləri nəticəsində sağ sahil magistral kanalının 5 200 metrlik hissəsi, sol sahil magistral kanalının isə 20,2 kilometr hissəsi yenidən qurulub. Bununla yanaşı, bütün hidrotexniki qurğular yenilənərək müasir standartlara uyğunlaşdırılıb.

Qeyd edək ki, həyata keçirilən bu layihələr regionun su təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatının dayanıqlı inkişafına və ətraf mühitin bərpasına mühüm töhfə verir.

Kopyalandı
Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 748 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 748 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 748 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 748 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 748 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 748 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 748 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 748 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 748 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 748 baxış
Seçilmişlər
icon