Pleyeri seçin:

Roma papalarının Azərbaycan hökmdarları ilə hansı yazışmaları ortaya çıxdı? | ARAŞDIRMA

24 oktyabr 2024 429 baxış

Baku TV-də “Dünya arxivlərindən Azərbaycan” adlı araşdırma yayımlanıb.

Qeyd edilib ki, aparılan araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində Azərbaycana aid 85 sənəd aşkarlanıb. Onların dördü Qafqaz Albaniyasına aiddir. Bu sənədlər latın, italyan, yunan, fransız, həmçinin türk, fars, ərəb, monqol və s. dillərdədir.

Filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva Vatikanda saxlanılan Azərbaycan sənədlərindən bəhs edərkən ilk olaraq onu qeyd edib ki, onlardan 1000 səhifəyə yaxınını ölkəmizə gətirmək mümkün olub:

“Onların arasında əsasən tarixi sənədlər önəmli yer tutur. Həmin sənədlər 10-20-ci əsrləri əhatə edir. Səfəvi hökmdarları – İsmayıla, Təhmasibə, Abbasa, Hüseyn Səfəviyə yazılan məktublar Vatikan arxivlərində saxlanılır”.

Rəflərin və stellajların uzunluğu 85 kilometr olan adıçəkilən zəngin arxivdəki sənədlərimizin bərpaya ehtiyacı olduğu məlumdur. Buradakı milyonlarla sənədlərin içərisindən Azərbaycana aid materialların tapılması isə asan məsələ olmayıb.

Vatikan Məxfi Arxivində işləmək imkanı qazanan mərhum Fərid Ələkbərli araşdırma aparan alimlərimizdən olub. Onun “Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar” kitabında bir çox vacib sənədlər haqqında geniş məlumat verilib.

Samirə Əliyeva bildirib ki, F.Ələkbərli Vatikanın Məxfi Arxivlərində işləyərkən orada saxlanılan sənədlərin 20 faizinin kataloqa alındığını qeyd edib. Buna görə də arxivlərdə işləmək çox çətin olub:

“Fərid Ələkbərli məxfi arxivlərlə yanaşı, Vatikan Apostol Kitabxanasında da geniş tədqiqat işləri apararaq Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin əsərlərini əldə edib. Eyni zamanda elmə məlum olmayan orta əsrlərə aid doqquz azərbaycanlı müəllifin əsərlərini də əldə edib. Hətta zamanında F.Ələkbərli həmin arxivlərdə işləyərkən elə məlumatlar toplayıb ki, onlar hələ bizə məlum deyildi”. 

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 429 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 429 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 429 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 429 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 429 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 429 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 429 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 429 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 429 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 429 baxış
Seçilmişlər
icon