Pleyeri seçin:

Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı

04 dekabr 2023 349 baxış

İbrahim İsmət oğlu Paşayev əslən Qərbi Azərbaycanın Zəngibasar mahalındandır.

Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Padolski şəhərində doğulub böyüyüb. Ukrayna Milli Polisinin Kiyev vilayəti idarəsinin əməkdaşıdır. Ölkədə gedən müharibə ilə əlaqədar olaraq bu ilin əvvəlindən könüllü döyüşlərə qatılıb. Ötən ay isə ağır yaralanıb.

23 yaşlı İsmət İbrahimov hüquq fakültəsində oxuyub. Sonra isə Varşava Universitetinin iqtisadiyyat və maliyyə fakültəsində təhsilini davam etdirib:

“Lakin təhsili bitirə bilmədim. Çünki Ukraynada baş verənləri görürdüm və bu, məni kədərləndirirdi. Polşada ukraynalı çoxlu gənclər vardı və bizim kənarda dayanmağa haqqımız yox idi. Mən gəlib Ukraynanın müdafiəsi ilə məşğul olan strukturlara qoşulmaq üçün ərizə verdim.

Bəxtim gətirdi – xüsusi təyinatlı polis bölməsinə qəbul olundum. Hazırda Kiyev Baş Polis İdarəsində polis əməkdaşıyam. Ukrayna mənim Vətənimdir, burada doğulmuşam”.

O bildirib ki, ötən ay Baxmut şəhərinin ətrafında ayağından yaralanıb:

“Bu, yaralı döyüş yoldaşlarımı təxliyə edərkən baş verdi. Təxliyə zamanı ayağımı minaya basdım, sonra elə bil ildırım çaxdı, partlayış oldu. Mən sırada ikinci gedirdim. Qabaqda gedən əsgər yanıma qayıtdı, ilkin tibbi yardım göstərdi, qanı kəsdi və qrupumuzun bizi təxliyə etməsini gözlədik.

Məndə qorxu yox idi. Qorxu minaya basdığımda və gücsüz olduğumu, artıq hadisələrə təsir edə bilməyəcəyimi, hadisələrin məni idarə etdiyini anlayanda yarandı”.

İbrahim Ukraynada doğulub böyüsə də, tarixi Vətəni Azərbaycanla da əlaqəsini kəsməyib. Hətta Azərbaycanın suverenliyinin bərpasını, Qarabağda qələbə prosesini yaxından izlədiyini və ukraynalı dostları ilə bölüşdüyünü bildirib:

“Azərbaycan qələbənin mümkün olduğunu nümayiş etdirdi və heç kim buna mane ola bilmədi. Əminəm ki, Ukrayna da Azərbaycan kimi öz ərazilərini tezliklə irqçi çirkabdan azad edəcək və ölkəmizdə dinc həyat hökm sürəcək.

Arzu edirəm ki, biz qalib gələndə və müharibə qurtaranda qohumlarım, Azərbaycandan digərləri Ukraynaya qonaq gəlsinlər və bu Avropa ölkəsinin necə gözəl və qonaqpərvər olduğunu öz gözləri ilə görsünlər”.

Ukrayna polisindən bildiriblər ki, göstərdiyi qəhrəmanlığa görə həmyerlimizin mükafatlandırılması üçün rəhbərlik tərəfindən təqdimat verilib.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 349 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 349 baxış
Seçilmişlər
icon