Şaman adətlərini İslam inancları ilə birgə yaşadan Qaraqoyunlu eli | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
“Gölkənd – qədim türk irsini yaşadan Qaraqoyunlu eli” adlı buraxılışda Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Gölkənd kəndinin etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, memarlıq, tətbiqi-dekorativ sənəti, xalq yaradıcılığı, toponimləri araşdırılıb.
Bildirilir ki, Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı Qərbi Azərbaycanın gözəl guşələrindən biri olaraq indiki Ermənistan SSR-in İcevan (Karvansaray) və Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir.
Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olan Gölkənd adından da məlum olduğu kimi, öz adını burada olan təbii göllərdən alıb. Kənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı 4 göl olub.
Verilişdə göllərin əhatəsində olan Gölkənddən, cənnət Qafqazdan Anadoluya köçlərin sirri, nəqşibəndilik və nigarilik təriqətlərinin təsiri ilə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq müstəvidə həll olunur? - AKTUAL GÜNDƏM
- Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
- Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi
- Beynəlxalq tribunada Qərbi Azərbaycan həqiqətləri | Tehran Vaşinqtonu ittiham edib - YENİ BİR SƏHƏR
- “Belində samovar qaynadıblar” | Araz Yaquboğlu azərbaycanlı ailəyə edilən zülmü danışdı - O VAXTLAR
