Pleyeri seçin:

Səməd Novruzova böyük dəstək | Əlil gənc İtaliyada vokal ustalığını təkmilləşdirib

26 noyabr 2025 507 baxış

Heydər Əliyev Fondu daha bir əlilliyi olan gəncimizin yaradıcı potensialının inkişafına dəstək göstərib.

Fondun layihəsi çərçivəsində istedadlı müğənni, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə II dərəcəli gözdən əlilliyi olan Səməd Novruzov bu il avqust ayının sonundan noyabrın əvvəlinədək İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi olan Səməd Novruzov səs imkanları və vokal texnikası ilə Akademiyanın pedaqoji heyətinin diqqətini cəlb edib.

Bu təhsil ocağının tarixində ilk dəfə olaraq ifaçı İtaliyanın tarixi memarlıq binası – Santo Stefano al Ponte Muzeyində iki dəfə konsert proqramı ilə çıxış edib.

O, İtaliyanın tanınmış opera müğənnisi Kiarra Panacci ilə eyni səhnəni paylaşaraq solo və duet şəklində italyan bəstəkarlarının əsərlərindən klassik ariyaları səsləndirib. Akademiyanın digər tələbələri ilə birlikdə hesabat konsertində də yüksək peşəkarlıq və istedad nümayiş etdirib.

Uşaq yaşlarından musiqiyə həvəsi ilə seçilən Səməd Novruzov hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsidir. O, 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənc ifaçıların IV Respublika müsabiqəsinin qalibi olub. Həmçinin ötən dövrdə bir sıra respublika və beynəlxalq yarışlarda, müsabiqələrdə dəfələrlə uğurla çıxış edərək laureat adını qazanıb. 

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 507 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 507 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 507 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 507 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 507 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 507 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 507 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 507 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 507 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 507 baxış
Seçilmişlər
icon