Pleyeri seçin:

Ucarda antisanitar vəziyyətdə yaşayan sakinlərin aqibəti necə olacaq? - Baku TV

11 dekabr 2025 582 baxış

Ətrafa üfunət yayan açıq kanalizasiya xətləri illərdir ki, sakinləri narahat edir.

Söhbət Ucar rayonunun Dədə Qorqud küçəsində hökm sürən antisanitar vəziyyətdən gedir.

“35 ildir bu qəsəbədə yaşayıram, 35 ildir bu problemlə üzləşirik. Qonaq gəlir, qoxudan utanırıq. Uşaqlar məktəbə gedib-gəlir, kanalın üstü açıqdır, oynayanda düşürlər. Taksi sürücüsünə deyirsən ki, Dədə Qorquda apar, çoxu gəlmək istəmir”, – sakinlərdən biri şikayətini dilə gətirib.

Başqa bir sakin isə bildirib:

“Bir neçə gün öncə səs-küy eşitdim. Gördüm ki, iki uşaq kanala düşüb. Belə hallar tez-tez baş verir. Burada 190 ailə yaşayır, onların hər birinin evinin çirkab suları bu kanal vasitəsilə axır. Gələn qonaq burnunu tutur, “bura haradır?” deyir”.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qeyd olunan ərazidə Xidmətin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:

“Şəbəkə olmayan ərazilərdə qurumun sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

O da qeyd olunub ki, tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə ətrafda xoşagəlməz qoxu, mənzərə yaratmamaq və mövcud su hövzələrini çirkləndirməmək məqsədilə şəbəkənin qurulacağı müddətə qədər hər bir həyətyanı sahədə fərdi "şambo" və ya septik quyulardan istifadə edilməsi tövsiyə olunur. 

Orqanizm yuxu zamanı nə qədər kalori yandırır?

Orqanizm yuxu zamanı nə qədər kalori yandırır?

Cəmiyyət
19 sentyabr 2026 582 baxış
Dəridəki problemin səbəbi bağırsaqda gizlənir? - Bağırsaqlar əhvalımızı necə idarə edir? - BAKU MED

Dəridəki problemin səbəbi bağırsaqda gizlənir? - Bağırsaqlar əhvalımızı necə idarə edir? - BAKU MED

Cəmiyyət
19 sentyabr 2026 582 baxış
Abort statistikasında diqqətçəkən artım | Ekspert nələri açıqladı? - Baku TV

Abort statistikasında diqqətçəkən artım | Ekspert nələri açıqladı? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 582 baxış
Mehdiabad sakinlərinin yol probleminə qurumlar niyə baxmır? - Baku TV

Mehdiabad sakinlərinin yol probleminə qurumlar niyə baxmır? - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 582 baxış
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - Baku TV

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 582 baxış
Evlənmək üçün Azərbaycana gələn qadın çıxılmaz vəziyyətdə qaldı - 24 SAAT

Evlənmək üçün Azərbaycana gələn qadın çıxılmaz vəziyyətdə qaldı - 24 SAAT

Cəmiyyət
18 sentyabr 2026 582 baxış
"Bakılılar bir-birinin arxasında dayanmır" | "Rayonlu idi deyə nişanı qaytarmaq istədi" - O VAXTLAR

"Bakılılar bir-birinin arxasında dayanmır" | "Rayonlu idi deyə nişanı qaytarmaq istədi" - O VAXTLAR

Cəmiyyət
18 sentyabr 2026 582 baxış
Autizmlə bağlı əsas problemlər gündəmə gətirildi - Baku TV

Autizmlə bağlı əsas problemlər gündəmə gətirildi - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 582 baxış
11 istiqamət üzrə karyera imkanları gənclərə təqdim olunub - Baku TV

11 istiqamət üzrə karyera imkanları gənclərə təqdim olunub - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 582 baxış
Şamaxıda "Nəsimi Bağları" kompleksi | “Nəsiminin 21 metrlik abidəsi xüsusi diqqət çəkir” - Baku TV

Şamaxıda "Nəsimi Bağları" kompleksi | “Nəsiminin 21 metrlik abidəsi xüsusi diqqət çəkir” - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 582 baxış
Seçilmişlər
icon