Pleyeri seçin:

Uşaqların tərbiyəsində yol verdiyimiz səhvlər | Valideynlərin nəzərinə

13 noyabr 2024 640 baxış

Uşaqlar çoxlarının düşündüyündən daha çox məlumatı qavrayırlar. Lakin onlara deyilənlərdən əlavə hətta ətrafda eşitdikləri hər sözü mənimsəyirlər.

Ona görə də uşaqların yanında bəzi mövzuları danışmaqdan qaçmaq lazımdır. İnsanların bədənləri haqqında danışmaq olmaz. Çünki uşaqlar özünün və ya digər insanların görünüşləri haqqında mənfi şərhləri çox tez mənimsəyirlər.

Ailə terapevtlərinin fikrincə, uşaqlar eşitdikləri hər şeyi qavramaqda süngər kimidirlər. Əgər bədən tənqidlərini eşidirlərsə, bu, gələcəkdə özünə hörmət və görünüşü ilə bağlı problemlərə yol aça bilər. Digər valideynlər haqqında mənfi fikirlərdən qaçmaq da vacibdir. Bu, uşağın tərəfləri seçməsinə və ya vəziyyətə görə məsuliyyət hiss etməsinə səbəb ola bilər. Bundan əlavə, uşağın digər valideynlə münasibətinə zərərlidir.

Uşağı qardaş və bacıları ilə müqayisə etmək də məsləhət deyil. Klinik psixoloqlar belə müqayisələrdən çəkinməyi tövsiyə edirlər, çünki bu, uşaqlar arasında rəqabətə və münaqişəyə səbəb ola bilər. Belə müqayisələr kin, qısqanclıq və etibarsızlıq doğurur. Məsələn, “Sən mənim ağıllı uşağımsan, məni qardaşın kimi narahat etmirsən” ifadəsi təzyiq yaradır, çünki uşaq bu “ağıllı” imicini qoruyub saxlamalı olduğunu hiss edir.

Böyüklərin yaşadığı pul problemlərini azyaşlıların bilməsi ilə bağlı uşaq psixoloqları həyəcan təbili çalırlar. Uşaqlar böyüklərin maliyyə məsələlərinə dair anlayışa malik deyil. Bu səbəbdən səhv qərarlar verə bilərlər ki, bu da qorxu və ya narahatlığa səbəb olar.

Alkoqol və ya narkotik istifadəsini dəstəkləyən söhbətlər, hətta yumoristik tonda belə olsa, uşaqlarda bu maddələrə qarşı maraq yarada bilər.

Kopyalandı
Banner
Dövlət sifarişli təhsil yerlərinin sayı 38 mini ötüb | Əmək bazarının tələbləri dəyişir? - Baku TV

Dövlət sifarişli təhsil yerlərinin sayı 38 mini ötüb | Əmək bazarının tələbləri dəyişir? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 640 baxış
Məktəb kitablarının məzmunu: uşaq bu dərslikdən nə öyrənir? - AKTUAL GÜNDƏM

Məktəb kitablarının məzmunu: uşaq bu dərslikdən nə öyrənir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
13 noyabr 2026 640 baxış
“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

Cəmiyyət
13 noyabr 2026 640 baxış
Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 640 baxış
Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 640 baxış
Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
13 noyabr 2026 640 baxış
“Dayanmaq da olmur, nəfəs almaq da” | Metaləritmə müəssisəsi sakinlərin narazılığına səbəb oldu

“Dayanmaq da olmur, nəfəs almaq da” | Metaləritmə müəssisəsi sakinlərin narazılığına səbəb oldu

Cəmiyyət
13 noyabr 2026 640 baxış
Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?

Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?

Cəmiyyət
13 noyabr 2026 640 baxış
“O sudan bizə lazım olanı ala bilmərik” | Filtrdən keçən su orqanizmi mineralsız qoyur? - Baku TV

“O sudan bizə lazım olanı ala bilmərik” | Filtrdən keçən su orqanizmi mineralsız qoyur? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 640 baxış
Fermerlər subsidiya almaq üçün hansı tələblərə əməl etməlidirlər - Baku TV

Fermerlər subsidiya almaq üçün hansı tələblərə əməl etməlidirlər - Baku TV

Cəmiyyət
13 noyabr 2026 640 baxış
Seçilmişlər
icon