Vardanyan Rusiyanın tapşırığını yerinə yetirmədən getmək istəmir
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan de-fakto olaraq Qarabağdakı separatçıların rəhbərliyini ələ alsa da, artıq nüfuzunu itirib və proseslər onun əleyhinə cərəyan edir. Bu isə daha çox Qarabağda Vardanyanın girovuna çevrilən bir neçə min erməni əhalinin güzəranına mənfi təsir göstərir. Lakin Vardanyan əhalini əzab-əziyyət içində saxlamaq bahasına olsa belə, öz maraqları naminə hələ də Qarabağı tərk etmək istəmir. Bu isə ciddi sual doğurur.
Quldur dəstəsinə yiyələnən cinayətkar Ruben Vardanyanın Qarabağdakı etnik erməniləri faktiki olaraq öz əsarətində saxlamasının digər səbəbi də onlardan təzyiq aləti kimi istifadə etməsidir. Nəzərə alsaq ki, rusiyalı emissarın bölgəyə ümumiyyətlə aidiyyəti yoxdur və Qarabağda qeyri-qanuni məskunlaşıb, bu onun cinayətini ikiqat artırır.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
