Xankəndi yaxınlığında atışma
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistanın hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Martın 5-də səhər saatlarında daxil olan məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirilən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atəş nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırıb ki, üçtərəfli bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.
Bildirilib ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.
#Xankəndi teqi istifadə olunub
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
