Xarabalıqdan sənaye mərkəzinə: Ağdam necə yenidən həyat qazandı? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!
"Gör nələri qaytarmışıq" verilişinin yeni buraxılışı bir vaxtlar vandalizmin, bu gün isə böyük quruculuğun rəmzinə çevrilən Ağdama həsr olunub.
Tarixi minilliklərə dayanan, Leylatəpə və Üzərliktəpə abidələri ilə qədimliyini sübut edən bu torpaq XVIII əsrdə Şahbulaq qalası və İmarət Kompleksinin inşası ilə Qarabağ xanlığının mühüm mərkəzinə çevrilmişdir.
1988-ci ildə başlayan münaqişənin ön xəttində dayanan rayon ilk şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyev başda olmaqla Vətən uğrunda minlərlə oğlunu itirərək "Qəhrəman rayon" adını qazanmışdır. Lakin 23 iyul 1993-cü ildə şiddətli döyüşlərdən sonra Ağdam erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
İşğal dövründə şəhər tamamilə dağıdılmış, beynəlxalq jurnalistlər tərəfindən "Ruhlar şəhəri" və "Qafqazın Xirosiması" adlandırılmış, yalnız tarixi Cümə məscidi bu vandalizmin səssiz şahidi kimi ayaqda qala bilmişdir.
Ermənistanın 27 illik işğalına 2020-ci ilin payızında reallaşan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə son qoyulmuşdur. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu Azərbaycana qaytarılmış və şanlı Bayrağımız yenidən orada dalğalanmışdır.
Ağdam azad olunandan dərhal sonra şəhərin Baş Planı hazırlanmış və yerlə-yeksan edilmiş xarabalıqların yerində tamamilə müasir bir şəhərin təməli qoyulmuşdur. "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir. Görülən işlərin uğurlu nəticəsi olaraq illərdir yurd həsrəti çəkən rayon sakinləri artıq doğma torpaqlarına geri dönürlər.
#Ağdam teqi istifadə olunub
- Ağdamda “Son zəng” tədbiri
- Doğma yurduna qayıdan Ağdam sakini sevincindən şeir dedi - Baku TV
- Ağdamda rahat və təhlükəsiz həyat | Eyvazxanbəyli kəndində nələr tikiləcək? - Baku TV
- Yenidən qurulan Ağdamdan ürəkaçan görüntülər | "Vətən həsrəti ilə böyüdük, amma..." - Baku TV
- Ağdamın Baş Qərvənd kəndində həyata keçirilən genişmiqyaslı layihə - Baku TV
