Pleyeri seçin:

Yanan evdə faciəvi şəkildə ölən ailədən tək o sağ qaldı | Bir anda hər şeyini itirən Elçinin fəryadı

01 avqust 2026 189 baxış

“Arzunun vaxtı” verilişinin yeni buraxılışında dəhşətli yanğında ailəsini itirən Elçin Sadıqovun həyat hekayəsinə yer verilib.

Hadisə 2023-cü ilin oktyabrın 12-də Hacıqabulda baş verib. Həmin yanğında Elçinin həyat yoldaşı, iki övladı və qayınanası həyatını itirib.

O, yanğın zamanı ailəsini xilas etmək üçün bütün imkanlarını sınasa da, güclü tüstü və alov buna imkan verməyib.

“Ev tüstü ilə dolmuşdu. Külək idi, alov hər tərəfi bürümüşdü. Nə qədər çalışsam da, onları xilas edə bilmədim. Səhərə yaxın, yanğın söndürüldükdən sonra evə girdim. O mənzərəni görəndə heç nə edə bilmədim, sadəcə donub qaldım”, – deyə Elçin bildirib.

O, ailəsini itirdikdən sonra ən ağır hissin təklik olduğunu söyləyib:

“Təklik çox çətindir. Düşmənimə də arzu etmirəm ki, bu günə düşsün. Hər şey yanmışdı. Evdən yalnız qızımın koftasını tapa bildim”.

Elçin Sadıqov həyatının uşaqlıqdan çətin sınaqlarla keçdiyini deyib. Onun sözlərinə görə, atası onu uşaq yaşlarında tərk edib, dördüncü sinifdə oxuyarkən isə anası imkansızlıq səbəbindən onu bacısı ilə birlikdə uşaq evinə yerləşdirib:

“Atamı heç vaxt görməmişəm, ata qayğısı nədir bilməmişəm. Həmişə istəyirdim ki, mənim də bir ailəm olsun, mən də kiminsə qayğısını görüm. Uşaqlarımı elə böyüdürdüm ki, uşaq evində böyüdüyümü onlara hiss etdirmirdim. İstəyirdim ki, onlar mənim görmədiyim qayğını görsünlər”.

Kopyalandı
Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV

Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 189 baxış
III Beynəlxalq Opera Festivalı keçirilir - Baku TV

III Beynəlxalq Opera Festivalı keçirilir - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 189 baxış
Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV

Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 189 baxış
Girdimançayın üzərindən keçən körpünün taleyi necə olacaq? - 24 SAAT

Girdimançayın üzərindən keçən körpünün taleyi necə olacaq? - 24 SAAT

Cəmiyyət
07 sentyabr 2026 189 baxış
Xırdalandakı daş sexinin fəaliyyəti sakinləri narazı saldı - Baku TV

Xırdalandakı daş sexinin fəaliyyəti sakinləri narazı saldı - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 189 baxış
Biləcəri qəsəbəsinin bitməyən yol problemi | Sakinlərin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

Biləcəri qəsəbəsinin bitməyən yol problemi | Sakinlərin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 189 baxış
Fidan Hacıyeva 50 yaşını III Beynəlxalq Opera Festivalı ilə qarşılayır - Baku TV

Fidan Hacıyeva 50 yaşını III Beynəlxalq Opera Festivalı ilə qarşılayır - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 189 baxış
Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV

Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 189 baxış
Əzbər bilik, yoxsa real bacarıq?

Əzbər bilik, yoxsa real bacarıq?

Cəmiyyət
07 sentyabr 2026 189 baxış
“Sənədi pəncərədən uzatdı ki...” | Qazinin əlilliyi niyə dayandırılıb? - Baku TV

“Sənədi pəncərədən uzatdı ki...” | Qazinin əlilliyi niyə dayandırılıb? - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 189 baxış
Seçilmişlər
icon