Yarasalar bir gecədə neçə kilometr uça bilir? | Tədqiqatçılar elə şey açıqladı ki...
Avropanın ən böyük yarasalarından biri olan “Nyctalus noctula” miqrasiya zamanı böyük məsafələri qət etmək üçün unikal üsuldan istifadə edir.
“Maks Plank” İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, yarasalar hərəkət etmək üçün fırtınaların yaratdığı hava axınlarından yararlanır və bir gecədə 383 kilometr məsafə qət edirlər.
Dişi yarasalar qış yuxusundan oyanır və ana koloniyalarını qurmaq üçün Avropanın şimal-şərqindəki doğulduğu yerlərə gedirlər. Hərəkətdə olarkən quşlar kimi yağ saxlaya bilmirlər, buna görə də enerjiyə qənaət etmək əsas məsələyə çevrilir.
Alimlər 71 yarasanın arxasına bərkidilmiş miniatür sensorlardan istifadə edərək dörd həftə ərzində onların hərəkətlərini izləyiblər. Məlumatlar göstərib ki, yarasalar xüsusi hava şəraiti olan gecələri – yaz fırtınasının yaxınlaşmasından əvvəl seçirlər. İsti hava yüksəldikdə və barometrik təzyiq aşağı düşdükdə küləkdə uçmaq üçün şərait idealdır.
Əsərin müəlliflərindən biri olan Edvard Hurm bildirib ki, təkcə miqrasiya yollarını başa düşməyə deyil, həm də yarasaların ətraf mühitə necə reaksiya verdiyini qiymətləndirməyə imkan verən inanılmaz miqdarda məlumat əldə ediblər.