3 mərhələli nüvə sazişinin detalları | İran XİN-dən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ-yə 3 mərhələli nüvə sazişi təklif edib.
Saziş ABŞ sanksiyalarının ləğvi müqabilində uranın zənginləşdirilməsini 2015-ci ildə ləğv edilmiş sazişdə razılaşdırılmış səviyyədə məhdudlaşdırılmasını nəzərdə tutur.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə üç diplomatik mənbə "Iran International"a məlumat verib.
Mənbənin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa bildirib ki, Tehran uranın zənginləşdirilməsini müvəqqəti olaraq 3,67 %-ə qədər azaldacaq, əvəzində isə Vaşinqton ona dondurulmuş maliyyə aktivlərinə çıxış və öz neftinin ilkin mərhələdə ixracı imkanını verəcək.
Məqalədə qeyd olunur ki, ikinci mərhələdə ABŞ daha da çox sanksiyaları ləğv edəcək və BMT qadağalarının təkrar tətbiqinin qarşısını alacaq. Bunun müqabilində isə İran Beynəlxalq Atom Enerjisi Agentliyinə nüvə obyektlərində təftişləri bərpa etməyə, eləcə də nüvə nəzarəti orqanına elan edilməmiş obyektlərdə gözlənilməz yoxlamalar aparmağa imkan verən "əlavə protokol" tətbiq etməyə icazə verəcək.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
