Pleyeri seçin:
Abbas Ərağçi BMT-yə xəbərdarlıq etdi | İrandan İsrailə hədə dolu mesaj
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrail cavab zərbəsi endirəcəyi təqdirdə ona qarşı “həlledici” qarşılıq verəcəyi ilə bağlı BMT-ni xəbərdar edib.
Bunu İranın xarici işlər naziri Abbas Ərağçi BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.
O qeyd edib ki, İsrail İranın raket zərbələrinə qarşılıq verərsə, Tehran Təl-Əvivi peşman etməyə tam hazırdır. Bununla belə vurğulayıb ki, İran regionun sülh və sabitliyinin qorunması üçün səylərini əsirgəmir.
Qeyd edək ki, İran oktyabrın 1-də HƏMAS lideri İsmayıl Haniyənin və “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə raket atıb.
Kopyalandı
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
