Pleyeri seçin:

ABŞ-nin qanlı planı: Yəhudi-Ərəb düşmənçiliyini qızışdırır

17 noyabr 2023 156 baxış

Artıq ikinci aydır davam edən Yaxın Şərq müharibəsinin yaratdığı acı xəbərlər sülhsevər dünya ictimaiyyətini dərindən sarsıtmaqdadır.

BMT başda olmaqla dünyəvi təşkilatların bu qanlı savaşa izləyici qalması beynəlxalq qanunların, əslində, bir qrup dövlətin əlində oyuncaq olduğunu növbəti dəfə təsdiqləyir.

ABŞ Dövlət katibi Antoni Blinkenin ötən il söylədiyi “İsrailin ABŞ-dən yaxşı dostu yoxdur və bizim İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmaz olaraq qalır” ifadəsi hər ötən gün özünü doğruldur və İsrail-Fələstin qarşıdurmasında qızışdırıcı amil olaraq qalır.

Qlobal proseslərdə ABŞ və bəzi Qərb ölkələri arasında bir sıra fikir ayrılığı olmasına baxmayaraq, onlar münaqişənin getdikcə daha da qızışmasında həmahəng mövqedədirlər.

Təəssüf ki, oktyabrın 7-dən bəri Amerika Birləşmiş Ştatlarının ali vəzifəli şəxsləri Yaxın Şərq bölgəsində uzunmüddətli sülh naminə nəinki ciddi cəhd, heç çağırış da etməyiblər. Onların bu münaqişəyə münasibəti müvəqqəti atəşkəs, cəsədlərin toplanması, humanitar yardım, qaçqınlar üçün dəhliz mövzusundan kənara çıxmır.

Bəzi Avropa rəsmiləri hesab edirlər ki, İsrail-Fələstin münaqişəsi mədəniyyətlər müharibəsinə çevrilir və bunun qarşısını almaq üçün hər şey edilməlidir. Əslində isə bu çağırışın arxasında dayanan məkrli məqsəd sözügedən münaqişəni məhz dinlər və mədəniyyətlər arası savaşa çevirməkdir.

Qanlı ssenarisi Vaşinqtonda yazılan hazırkı yeni Yaxın Şərq müharibəsinin əsl mahiyyəti Amerika Birləşmiş Ştatlarının bu bölgədəki maraqlarını təmin edir.

Ərəb ölkələri ilə İsrail arasındakı xoş münasibətlər yaranmış olsa, ABŞ-nin bu bölgədəki vasitəçilik missiyası öz gərəyini sıfırlayar və o, hərbi məhsulları üçün böyük bir coğrafiyada əldə saxladığı bazarı itirərdi. Ona görə də yarandığı gündən bütün imkanlardan istifadə etməklə İsraili ərəb ölkələri ilə üz-üzə qoymaq rəsmi Vaşinqtonun Yaxın Şərq strategiyasında ən vacib istiqamət olaraq qalır.

Bu bölgədə axıdılan uşaq qanı, qoca və qadınların fəlakəti, yeni “qaçqınlar ordusu”, ailələrin kütləvi şəkildə məhv olunması, xəstəxanaların bir-birinin ardınca yerlə-yeksan edilməsi Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları üçün adi bir hadisədir.

Ən dəhşətlisi odur ki, Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki yaratdığı ən ağrılı olan bu müharibəni daha da qızışdırmaqla yəhudi-ərəb düşmənçiliyini açılmaz düyünə çevirmək istəyir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 156 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 156 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 156 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 156 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 156 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 156 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 156 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 156 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 156 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 156 baxış
Seçilmişlər
icon