Alimlər ov zamanı zəhərdən istifadə ehtimalını araşdırırlar
Yeniliklərdən dərhal xəbərdar olun
Arxeoloqlar Səudiyyə Ərəbistanında apardıqları qazıntılar zamanı 125 min il əvvələ aid ov alətləri aşkar ediblər.
Daş ucluqlar üzərində tapılan kimyəvi izlər qədim insanların ov zamanı bitki mənşəli zəhərlərdən istifadə etmiş ola biləcəyini göstərir.
Alimlərin sözlərinə görə, Ərəbistan yarımadasının iqlimi indiki kimi quraq olmayıb. Son yüz minilliklər ərzində burada rütubətli və quraq dövrlər növbələşib. Yağışların artdığı vaxtlarda göllər və su mənbələri yaranıb, ətraf ərazilər isə insanların və heyvanların yaşaması üçün əlverişli olub.
Qazıntılar zamanı ümumilikdə 5511 daş artefakt tapılıb. Onların bir hissəsinin ov silahlarının hazırlanmasında istifadə edildiyi müəyyənləşdirilib. Daş ucluqların üzərində yapışdırıcı maddələrin və bitki liflərinin izləri də aşkarlanıb. Bu isə alətlərin sadəcə əldə tutulmadığını, müxtəlif materiallardan hazırlanmış mürəkkəb silahların tərkib hissəsi olduğunu göstərir.
Ən maraqlı nəticə isə bəzi alətlərin üzərində zəhərli bitkilərlə əlaqəli kimyəvi birləşmələrin tapılmasıdır. Bununla belə, alimlər zəhərin həqiqətən ov zamanı istifadə edildiyini təsdiqləyən birbaşa sübutların olmadığını vurğulayırlar.
Araşdırmanın müəllifləri hesab edirlər ki, bu tapıntılar Ərəbistan yarımadasının qədim insanların Afrikadan Avrasiyaya köçü zamanı sadəcə keçid marşrutu olmadığını göstərir. İqlimin rütubətli olduğu dövrlərdə region şirin su mənbələri, zəngin bitki örtüyü və heyvan müxtəlifliyi ilə insanların uzun müddət yaşaya bildiyi əlverişli məkanlardan biri olub.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
- Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər
- Səudiyyə Ərəbistanının hava limanları dronlarla hədəf alınıb? - Baku TV
- "Saudi Aramco" və hava limanları vuruldu
- Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
