Pleyeri seçin:

Ankarada Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub

28 noyabr 2025 696 baxış

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtına işgüzar səfər edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Berlində keçirdiyi mətbuat konfransında deyib:

“Cənab Narışkin Ankarada idi və orada Rusiyanın planla bağlı mövqeyini bizə çatdırdı”.

Narışkinin keçirdiyi görüşlərdə Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub.

Qeyd edək ki, Narışkin bir neçə dəfə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri ilə məhz Türkiyənin vasitəçiliyi ilə görüşüb. Yeri gəlmişkən, Narışkin Bakıda da Suriyanın xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşlər keçirib.

Narışkin bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən geniş və dərin müzakirə iki ölkənin xüsusi xidmət orqanları səviyyəsində əməkdaşlıq üçün lazımi şəraiti formalaşdırıb. Son danışıqların ABŞ-Rusiya münasibətlərində yeni mərhələyə yol açıb-açmayacağı isə hələlik bəlli deyil.

Sergey Narışkin 1954-cü ildə Sankt-Peterburqda anadan olub. Birinci təhsili “mühəndis-radiomexanik” olan Narışkin sonradan Peterburq Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb.

Sankt-Peterburq hökumətinin tərkibində iqtisadiyyat sferasında bir çox vəzifələrdə çalışıb. Narışkin altıncı çağırış Dövlət Dumasına spikerlik edib. O vaxta kimi isə Prezident Administrasiyasının rəhbəri (2008-2011) və Baş nazirin müavini (2004-2008) vəzifələrində çalışıb. Narışkin 2016-cı ilin oktyabr ayının 5-dən Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edir.

Rusiya Prezidenti həmin vaxt Xarici Kəşfiyyat İdarəsinin Mənzil Qərargahına gələrək Narışkini kollektivə şəxsən özü təqdim etmişdi. Prezident Narışkinin Rusiya hökumətində, daha sonra Prezident Administrasiyasına və Dövlət Dumasına rəhbərlik etməsini xatırladaraq “indi isə Sergey Yevgeyneviç evinə qayıdır” demişdi.

Banner
Vaşinqton Tehrana qarşı hansı yeni ssenarini hazırlayır? - Baku TV

Vaşinqton Tehrana qarşı hansı yeni ssenarini hazırlayır? - Baku TV

Dünya
09 oktyabr 2026 696 baxış
Dövlət qulluqçuları niyə qətlə yetirildi? - Almaniyada qorxulu anlar - Baku TV CANLI

Dövlət qulluqçuları niyə qətlə yetirildi? - Almaniyada qorxulu anlar - Baku TV CANLI

Dünya
09 oktyabr 2026 696 baxış
Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama

Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama

Dünya
09 oktyabr 2026 696 baxış
İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi

İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi

Dünya
09 oktyabr 2026 696 baxış
Startaplar dövlət xidmətlərindən operativ yardım alır

Startaplar dövlət xidmətlərindən operativ yardım alır

Dünya
09 oktyabr 2026 696 baxış
Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir

Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir

Dünya
09 oktyabr 2026 696 baxış
Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib

Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib

Dünya
09 oktyabr 2026 696 baxış
Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Dünya
09 oktyabr 2026 696 baxış
Qədim istehkam turistləri cəlb edir

Qədim istehkam turistləri cəlb edir

Dünya
09 oktyabr 2026 696 baxış
32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

Dünya
09 oktyabr 2026 696 baxış
Seçilmişlər
icon