Pleyeri seçin:

Avropanın təhlükəsizliyi belə qoruna bilər | Zelenskiyə məsləhət görüldü ki...

03 mart 2025 357 baxış

Londonda keçirilən Ukraynaya dəstək sammitində əsas aparıcı ölkə Böyük Britaniya olub.

İngilis hökuməti təşəbbüsü təkcə ev sahibi kimi deyil, həm də Qərbin bu məsələdə aparıcı ölkəsi olaraq yönləndirməyə çalışıb.

Hələ 2022-ci ildə müharibə başlayarkən Ukraynaya ilk dəstək göstərən və onun Rusiyaya qarşı sərt ritorika sərgiləməsinə səbəb də məhz Böyük Britaniya olmuşdu. Həmin vaxt Baş nazir Boris Consonun kabineti Volodimir Zelenski hökuməti ilə fəal şəkildə işləyirdi. Boris Conson müharibədən sonra Ukraynaya gələn ilk lider olmuşdu.

Digər Qərb liderləri Volodimir Zelenskiyə Kiyevi tezliklə tərk etməyi məsləhət gördüyü halda ona Rusiyaya müqavimət göstərməsini təklif edən məhz B.Conson hökuməti idi. Ancaq Co Bayden tezliklə prosesi əlinə aldı və Qərb ABŞ-nin rəhbərliyi ilə Ukraynaya dəstəyi davam etdirdi.

Böyük Britaniyanın Ukrayna məsələsi ilə bağlı daha bir aktivliyi isə İstanbul danışıqlarında üzə çıxıb. Rusiyanın tələblərinin böyük ölçüdə nəzərə alındığı razılaşmalar layihəsini sıradan çıxaran və Ukraynanın müqavimətini gücləndirən də B.Conson idi.

Donald Trampın V.Zelenski ilə münasibətlərinin gərginləşməsi fonunda Londonun prosesi ələ alması gözlənilən idi. Ancaq ABŞ olmadan Avropa ölkələrinin Ukraynaya yardımı davam etdirməsi çətin məsələdir.

İlk növbədə ABŞ tərəfindən verilən silahların alternativi Avropa ölkələrində yoxdur. Kiyev məhz Vaşinqtonun ona verdiyi silahların hesabına Rusiyanın dərinliklərinə zərbələr endirərək müharibənin gedişinə təsir göstərə bilirdi. Kursk əməliyyatında əsas uğur da məhz ABŞ silahları hesabına əldə edilmişdi.

İkincisi isə Ukraynaya ayrılan maliyyə məsələsidir. Hazırda Avropa ölkələrinin iqtisadi vəziyyəti çox da ürəkaçan deyil. Uzun müddətdir ki, birlik ölkələri tərəfindən Ukraynaya irimiqyaslı dəstək paketi ayrılmır. Ukraynaya əsas maddi dəstək məhz ABŞ tərəfindən həyata keçirilirdi.

Üçüncü məsələ isə Avropa ölkələrinin ABŞ və Çin arasında qalmaq istəməməsidir. 2022-ci ilin Madrid sammitində NATO Çini rəsmi rəqibi elan edib. Ancaq son zamanlar Çinin Avropa ölkələri ilə yaxınlaşması müşahidə edilir. 2024-cü ilin aprelində Pekini ziyarət edən Almaniya Kansleri Olaf Şolts ölkəsinin Çinlə yaxın əməkdaşlığından bəhs edirdi.

Əgər Avropa ölkələri ABŞ qarşısında Çini dəstəkləsə, bu, NATO-nun dağılmasına gətirib çıxara bilər. Avropanın təhlükəsizliyi üçün NATO-nun varlığı vacibdir. Bu baxımdan ittifaq ölkələri və Böyük Britaniya ABŞ ilə münasibətlərin çox da gərginləşməsini istəmir və Ukraynaya da məhz Vaşinqtonla münasibətləri normallaşdırmağı məsləhət görüb.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 357 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 357 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 357 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 357 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 357 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 357 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 357 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 357 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 357 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 357 baxış
Seçilmişlər
icon