Bayden və Netanyahu nələrdən danışdı? | Qəzzada son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail və HƏMAS arasında hər şey razılaşdırılmayana qədər saziş bağlanmayacaq”.
Bunu ABŞ lideri Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra jurnalistlər üçün keçirilən xüsusi brifinqdə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.
Onun sözlərinə görə, ABŞ yaxın günlərdə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında razılaşmanın bağlanacağını gözləmir.
“Hər şey razılaşdırılmayana qədər müqavilə bağlanmayacaq, bu səbəbdən yaxın günlərdə onun bağlanmasını elan edəcəyimizi düşünmürəm”, – deyə administrasiya nümayəndəsi bildirib.
ABŞ rəsmisi qeyd edib ki, HƏMAS-ın son atəşkəs təklifinə müsbət reaksiyası dalandan çıxmağa işarə edir.
“Saziş C.Baydenin təklifinə və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə tam uyğundur. Lakin onun həyata keçirilməsi proseduru hələ də razılaşdırılmalıdır”, – deyə Ağ Ev administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
