Baydendən israillilərə çağırış: Qəzəbinizə təslim olmayın
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 18-də Təl-Əvivə gələn ABŞ Prezidenti Co Bayden İsrail vətəndaşlarına müraciət edərək, onları qəzəbə təslim olmamağa çağırıb və həmçinin HƏMAS-ın hücumunda həlak olanlara görə təəssüfləndiyini bildirib.
“Sizi xəbərdar edirəm: qəzəb hiss etdiyiniz halda, ona təslim olmayın. 11 sentyabr hadisəsindən sonra biz də ABŞ-də çox qəzəbləndik. Ədalətin bərqərar olunmasına çalışarkən bizim də səhvlərimiz oldu. Amma sonda biz istəyimizə nail olduq”, – deyə Bayden qeyd edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, müharibə zamanı istənilən qərarlar çətin olur:
“Hər şeyin bədəli ödənilməlidir. Ancaq bunun üçün düşünülmüş addım atmaq lazımdır. Çox çətin məsələlərin həll edilməsi tələb olunur. Bu zaman hədəfləriniz aydın olmalı və getdiyiniz yolun bu məqsədlərə çatmağa imkan verib-verməyəcəyinə dair dürüst qiymətləndirmə aparmalısınız”.
Co Bayden qeyd edib ki, fələstinlilərin əksəriyyəti HƏMAS qruplaşmasının üzvü deyil:
“HƏMAS Fələstin xalqını təmsil etmir. HƏMAS Qəzzadakı günahsız ailələrdən canlı qalxan kimi istifadə edir. Komandanlıq mərkəzlərini, silahlarını və kommunikasiya tunellərini yaşayış məntəqələrində yerləşdirir. Fələstin xalqı da çox əziyyət çəkir”.
Qeyd edək ki, Baydenin İsrailə səfəri başa çatıb.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
