BMT İsraillə bağlı bəyanat qəbul etmədi
Yeniliklərdən dərhal xəbərdar olun
“BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ətrafında yaranmış vəziyyətlə bağlı son iclasında hər hansı sənəd qəbul edilməyib”.
Bunu Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, heç bir bəyanat müzakirə olunmayıb.
Maltalı nümayəndə əlavə edib ki, müzakirələr əsasən hazırkı vəziyyətdə tərəflərin mülki insanları qoruması və zorakılığın dayandırılması üçün görülə biləcək işlərlə bağlı olub.
ABŞ-nin BMT-dəki nümayəndəsinin müavini Robert Vud isə bildirib ki, Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər.
“Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Gərginliyin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, – deyə R.Vud əlavə edib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
