BMT kəskin yoxsulluqla bağlı həyəcan təbili çalır
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada təxminən 800 milyon insan hələ də kəskin yoxsulluq şəraitində yaşayır.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forum iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
"800 milyon insan – qadınlar, uşaqlar və kişilər ucqar kənd yaşayış məntəqələrindən tutmuş, sıx məskunlaşmış şəhər gecəqondularına qədər hələ də kəskin yoxsulluq şəraitində yaşayır", – müraciətdə vurğulanıb.
Müraciəti BMT-nin Çindəki daimi koordinatoru Stiven Cekson səsləndirib. Baş katib qeyd edib ki, bu insanların vəziyyətini silahlı münaqişələr, iqlim dəyişiklikləri, artan bərabərsizlik və ağır borc yükü daha da çətinləşdirir.
O, hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsilin təmininə, səhiyyə sisteminin inkişafına, kənd yerlərinin dayanıqlı inkişafına və ümumi sosial müdafiə sisteminin formalaşdırılmasına vəsait ayırmağa çağırıb.
Bundan əlavə, Quterreş ədalətsiz qlobal maliyyə arxitekturasının dəyişdirilməsinin vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, inkişaf etməkdə olan dövlətlərin öz inkişaflarına sərmayə qoymaq üçün maliyyə resurslarına və fiskal imkanlara, həmçinin beynəlxalq səviyyədə layiqli dəstəyə və ədalətli təmsilçiliyə ehtiyacı var.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- ABŞ-nin təzyiqlərinə İran nə qədər tab gətirə biləcək? | Böyük Qayıdış davam edir - YENİ BİR SƏHƏR
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Baku TV
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
