BMT-nin Çinlə bağlı maraqlı proqnozu | Əhalinin azalma səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin proqnozlarına görə tək uşaq siyasəti sayəsində 2100-cü ilə qədər Çinin əhalisi 1,4 milyarddan 639 milyona düşəcək.
Bu barədə “Wall Street Journal” məlumat yayıb.
“İqtisadçılar bunu demoqrafik dividend adlandırırlar – ölkədə əmək qabiliyyətli yaşda olan insanlar işsiz körpə və qocalardan daha çoxdur. Belə ölkələr zənginləşdikcə insanlar təbii olaraq daha az uşaq sahibi olmağa qərar verirlər və əhali qocalmağa başlayır”, – deyə nəşr qeyd edib.
Tədqiqatçılar bildirirlər ki, əhalinin sayının kəskin azalması 2040-cı ilə qədər başlayacaq.
Qeyd edək ki, tək uşaq siyasəti Çində 1980-ci ildə iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq edilib. Hazırda ölkə iqtisadiyyatı nominal ÜDM-in həcminə görə dünyada ABŞ-dən sonra ikinci yerdədir.
#Çin teqi istifadə olunub
- Avropa “TikTok”u Çindən almaq istəyir?
- ABŞ İranla hansı razılaşmanı istəyir? | Tramp Çin səfərindən nələr qazandı? - Baku TV
- Şençjen görüşündən sonra ABŞ, Çin və Rusiya arasında münasibətlər necə dəyişəcək? - Baku TV
- Ənənəvi mədəniyyət festivalı yüzlərlə iştirakçını bir araya gətirib
- Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?
