Bu ərazilərə hücum etməliyik, çünki... | Rusiya Ukraynanın qarşısını necə alacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynada elektrik enerjisi istehsal edən obyektlərə genişmiqyaslı raket zərbəsi Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində xoşagəlməz sürprizlərindən yayınmağa kömək edəcək”.
Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
Onun sözlərinə görə, yalnız bu halda Rusiya oyun qaydalarını diktə edəcək:
“Ukrayna Silahlı Qüvvələrindən müxtəlif hərəkətlər gözləmək olar. Onların imkanlarını minimuma endirmək üçün yalnız bir yol var – asimmetrik cavab lazımdır, ətalətə reaksiya deyil.
Bunun üçün isə Ukraynada elektrik enerjisi istehsal edən obyektlərə genişmiqyaslı raket zərbəsi endirmək lazımdır. Ukraynanı qaranlığa qərq etdikdən, kritik enerji infrastruktur obyektlərini dağıtdıqdan, Ukrayna Silahlı Qüvvələrinin arxa сəbhəsini sabitlikdən məhrum etdikdən, Ukraynada hərbi və hökumət idarəetmə sistemini iflic vəziyyətinə saldıqdan sonra biz oyun qaydalarını diktə edəcəyik və növbəti Ukrayna zərbələrini gözləməyəcəyik”, – o bildirib.
#Kursk vilayəti teqi istifadə olunub
- “Nüvə obyektlərinə zərbələr qəbuledilməzdir” | PUA-larla hücumun detalları
- Ukrayna Kurska yenidən zərbələr endirib | Rusiyada dəmir yolu stansiyası vuruldu - Baku TV
- Kim Çen In-Putin görüşündə tarixi an | Bu sözlər Zelenskini özündən çıxaracaq
- Ukrayna Rusiyaya dronlarla hücum etdi | AES-də güclü yanğın baş verdi
- 24 Saat ərzində Kursk Əməliyyatının DETALLARI Açıqlandı
