Pleyeri seçin:

Bundan sonra belə olmayacaq | Netanyahudan sərt açıqlama

07 iyun 2024 103 baxış

Bayden Administrasiyası Livana qarşı müharibə ilə bağlı İsrailə xəbərdarlıq edib.

Bildirilib ki, yeni müharibənin başlaması İranın müdaxiləsi ilə nəticələnə bilər. Lakin administrasiya onu da hesab edir ki, Qəzzada atəşkəs olmadan Livan-İsrail sərhədindəki gərginlik ortadan qalxmayacaq.

İsrail rəsmiləri isə vurğulayıb ki, “Hizbullah” hərbi qruplaşması ilə potensial müharibə Təl-Əviv üçün baha başa gələcək. “Hətta HƏMAS ilə müharibədən sonra hərbi resursların tükənməsi ehtimalı baş verərsə, çox güman ki, tərəflər arasında razılaşma əldə olunacaq. Qərar qəbul etməzdən əvvəl biz bunu dərk etməliyik”, – deyə rəsmilərdən biri qeyd edib.

Livanla potensial müharibənin gözlənildiyi bir vaxtda İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkəsinə qarşı edilən təzyiqlərə baxmayaraq, yolundan dönməyəcəyini açıqlayıb.

“Mən indicə Mərkəzi Komandanlıqda vəziyyətin qiymətləndirilməsi prosesini həyata keçirdim. İsrail dövləti bir çox cəbhələrdə gərgin bir şəraitdə döyüşür. Biz cənubda da, şimalda da mübarizə aparırıq, hətta İudeya və Samariyada da əlimizdən gələni edirik. Bunu da qeyd edim ki, biz bütün bunları ölkəmizə qarşı beynəlxalq təzyiqlərin göstərildiyi bir zamanda həyata keçiririk. Mən yalnız bir məsələyə zəmanət verə bilərəm. O da belədir ki, bundan əvvəl nə baş veribsə, bundan sonra belə olmayacaq. Biz bu reallığı dəyişdirəcəyik. Mən əsgərlərimizə, komandirlərimizə və təhlükəsizlik qüvvələrimizə arxayınam”, – B.Netanyahu əlavə edib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 103 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 103 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 103 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 103 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 103 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 103 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 103 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 103 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 103 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 103 baxış
Seçilmişlər
icon