Bunun qarşısı mütləq alınmalıdır! | Gürcüstanda “rəngli inqilab” xəbərdarlığı
“Rusiya bu məsələ ilə bağlı mövcud kəşfiyyat məlumatlarını dərc etməklə Gürcüstanda rəngli inqilab cəhdlərinin qarşısını almaq istəyir”.
Bu sözləri Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xidmətin bir gün əvvəl dərc etdiyi xəbərdarlığı şərh edərkən deyib.
“Təkcə Qərb kəşfiyyat xidmətlərinin deyil, həm də ABŞ Dövlət Departamenti kimi qurumların düşmənçilik fəaliyyəti ilə bağlı əldə edilmiş məlumatları ictimaiyyətə açıqladıq ki, Gürcüstanda “rəngli inqilab” həyata keçirmək cəhdlərinin qarşısının alınmasına töhfə verək”, – o bildirib.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-nin oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının qələbəsinin qarşısını almaq üçün “Tiflis Maydanı” təşkil etməyə hazırlaşdığına dair məlumat yayıb.
#Gürcüstan teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
- Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hansı mövqe dəyişməz qalır? - Baku TV CANLI
- Gürcüstanda şəhidlərimizin xatirəsinə həsr olunan anım tədbiri təşkil edilib - Baku TV
- Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı dərsləri azaldıldı - Baku TV CANLI
