Dünya liderlərindən təcili açıqlama: İsrail-Fələstin savaşı necə nəticələnəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir sıra dünya liderləri İsrailə edilən hücumla bağlı sosial şəbəkə hesablarında mövqelərini bildiriblər.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden ölkəsinin İsraili və onun özünümüdafiə hüququnu dəstəklədiyini açıqlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə amerikalı liderə təşəkkür edərək bildirib ki, ölkəsinin davamlı və güclü kampaniyaya ehtiyacı var və nəticədə İsrail qalib gələcək.
Ağ Evin keçmiş lideri Donald Tramp isə 3-cü Dünya müharibəsinin olması ehtimalı barədə proqnoz verib. ”İsrailə hücumlardan sonra Üçüncü Dünya müharibəsi təhlükəsi qaçılmazdır”, – deyən sabiq dövlət başçısı iddia edib ki, 3-cü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs odur.
HƏMAS döyüşçülərinin İsrailə hücumu zamanı 71 yaşını qeyd edən Rusiya Prezidenti Vladimir Putin isə hələ ki hərbi əməliyyatların başlanması ilə bağlı açıqlama verməyib.
Prezidentin sözçüsü Dmitri Peskov Moskvanın regionda baş verən proseslər barəsində ciddi narahat olduğunu vurğulasa da, tərəflər arasındakı hərbi qarşıdurmanı şərh etməyib. "Birincisi, İsrail və Qəzzada hər şey müharibənin aktiv döyüş fazasından çıxmalıdır. Hələ ki bu barədə danışmaq çətindir", – deyə D.Peskov əlavə edib.
Qardaş Türkiyə də baş verənlərə səssiz qalmayıb. Prezident Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İshak Hersoq və Fələstin lideri Mahmud Abbasla telefon danışığında münaqişəni müzakirə edib. R.T.Ərdoğan bildirib ki, bölgədə narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində Türkiyə səylərini daha da artıracaq.
#İsrail-Fələstin münaqişəsi teqi istifadə olunub
- İsrail ilə Fələstin müqavimət dəstələri arasında şiddətli toqquşmalar yenidən başlayıb - Baku TV
- İsrail İordan çayının qərbini tam ələ keçirmək istəyir? - 24 SAAT
- “İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq” | Ceyhun Bayramov
- Bu il Yaxın Şərqdə gərginlik daha da dərinləşəcək?
- İsrail-”Hizbullah” atəşkəsi sona çatdı?
