Ermənilərin Ərdoğan və Turan qorxusu
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın paytaxtı İrəvanda keçirilən sorğuda iştirakçıların əksəriyyəti Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalifət Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəklədiklərini bildiriblər.
Bu barədə Türkiyənin “Haber Global” telekanalı reportaj hazırlayıb. Sorğuda əksər İrəvan sakini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sevmədiklərini etiraf edərək, onun türk dövlətlərini birləşdirmək cəhdlərinin əleyhinə danışıblar.
Buna baxmayaraq, onların arasında Türkiyədəki seçkilərə obyektiv yanaşanlar da olub. Sorğu iştirakçılarından bir qadın qeyd edib ki, bu, Türkiyənin məsələsidir və 28 mayda ediləcək istənilən seçim Ermənistan üçün normal olacaq.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
