Ermənistan niyə Rusiyanı ittiham edir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması tələbinin olduğunu təsdiq edə bilmərəm, amma bu Baş nazir Nikol Paşinyanın, spiker Alen Simonyanın danışdıqlarının məntiqinə uyğundur”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
“Onlar deyirlər ki, Ermənistanla Rusiya arasında 1991-ci ildən bəri baş verənlər hamısı səhv olub. Bundan başqa, Ermənistan Rusiyanı guya KTMT çərçivəsində öhdəliyini yerinə yetirməməkdə ittiham edib”, – nazir deyib.
S.Lavrov qeyd edib ki, Rusiyanı hansı məqsədlə ittiham etdikləri, hansı məqsədlə bunu erməni xalqının şüuruna yeritdikləri anlaşılmazdır.
“Kənardan bunu qızışdıranlar və Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq istəyənlər var. Bunu edənlər digər heç bir regionlara öz hərəkətləri ilə xeyir verməyən mühəndislərdir. Son 50 ildə baş verənləri xatırlamaq kifayətdir – Vyetnam, Əfqanıstan, Livan, Suriya. Bu təcrübədən çıxış edərək ABŞ, İngiltərə, Avropanın Cənubi Qafqaza gəlişinin nəticəsinin nə olacağını demək olar”, – rusiyalı nazir deyib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
