Pleyeri seçin:

Ermənistan Rusiya ilə körpüləri yandıracaq? - Peskov və Paşinyandan diqqətçəkən sözlər - Baku TV

13 fevral 2026 415 baxış

Ermənistanın strateji vektorunu dəyişməsi uzun müddətdir ki, müzakirə edilir.

Analitiklər hesab edirlər ki, İrəvanın Moskvanın orbitindən çıxıb Vaşinqtonun siyasi-strateji orbitinə daxil olması prosesi daha da sürətlənir.

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin İrəvana səfəri belə arqumentləri daha da möhkəmləndirdi. Səfər milyardlarla dollarlıq razılaşmalarla yadda qaldı. Məlumatlara görə, ABŞ ilk dəfə olaraq Ermənistana “Hivemind” hərbi proqram təminatına giriş və onu istehsal etmək üçün lisenziya verəcək. Bu, Donald Tramp Administrasiyasının bu ölkəyə ən ciddi dəstəyi hesab olunur.

Ermənistan rəsmiləri bildirir ki, hazırda istehsalla bağlı anlaşma yoxdur. Ancaq proqram təminatından istifadə nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, Ermənistan Birləşmiş Ştatlardan 11 milyon dollarlıq razılaşmanın bir hissəsi kimi V-BAT dronları alıb. Ermənistana “Hivemind” proqram təminatına girişə icazə verilməsi məhz həmin dronların istifadəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Ermənistanın öz arsenalına belə dronları daxil etməsi həm də onun coğrafi şəraiti ilə əlaqədardır. Məlumdur ki, Zəngəzur bölgəsi dağlıq ərazidir. V-BAT PUA-ları isə qalxmaq üçün uçuş zolağına ehtiyac duymur. Həmin aparatlar yük maşınlarının bortundan və ya gəmi göyərtəsindən rahatlıqla havaya qalxa bilir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 415 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 415 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 415 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 415 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 415 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 415 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 415 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 415 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 415 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 415 baxış
Seçilmişlər
icon