Ermənistanın Qərblə münasibətləri İran üçün problemlidir? - İslam dünyası ilə əlaqələr...
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Qərblə münasibətləri İran üçün təhlükə yarada bilməz.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İran Dövlət Televiziyasına müsahibəsində deyib.
O əlavə edib ki, İranın da üçüncü ölkələrlə münasibətlərində Ermənistan üçün təhlükə yoxdur. İki ölkə arasında münasibətlər təbii maraqlara əsaslanır, strateji məntiqə uyğun inkişaf edir və İrəvan İranın maraqlarına həssas yanaşır.
Ermənistan hakimiyyətinin qərbyönlü mövqeyinin İranla münasibətlərə mane olub-olmaması ilə bağlı suala cavab verən N.Paşinyan bildirib ki, İrəvan balanslaşdırılmış və ədalətli xarici siyasət yürüdür.
O, rəhbərlik etdiyi illərdə Ermənistan-İran münasibətlərinin dinamikasının əvvəlki illərdən heç də aşağı olmadığını, üstəlik, yaxşılaşdığını vurğulayıb. Əlavə edib ki, Ermənistan İslam dünyası ilə də əlaqələrini dərinləşdirmək niyyətindədir.
Qərb İranı təhdid edərsə, Ermənistanın necə hərəkət edəcəyi ilə bağlı suala cavabında N.Paşinyan bildirib ki, İrəvan İrana qarşı yönəlmiş hərəkətlərdə iştirak etməyəcək.
“Ermənistan və ABŞ arasında bu yaxınlarda imzalanmış strateji əməkdaşlıq müqaviləsi və onun həyata keçirilməsi imkanlarına gəlincə isə sənəd sayəsində regionda nəinki təhlükələr artmayacaq, həm də imkanlar önə çəkiləcək”, – deyə Baş nazir vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
