Pleyeri seçin:

“Green Card”ın yeni qaydası kimlərə şamil edilməyəcək?

02 iyun 2026 359 baxış

ABŞ-də daimi yaşayış icazəsi – “Green Card” almaq üçün müraciət edən yüksəkixtisaslı mütəxəssislərə yeni qayda şamil olunmayacaq. Həmin qaydaya əsasən, daimi yaşayış icazəsi almaq istəyən şəxslərin əksəriyyəti müraciətlərini ABŞ hüdudlarından kənarda etməli idilər.

Bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Beləliklə, nazirlik daimi yaşayış statusu almaq istəyən şəxslərin əksəriyyətinin sənəd təqdim etmək üçün ABŞ-ni tərk etməli olduğunu nəzərdə tutan ilkin sərt mövqeyindən geri çəkilib. İmmiqrantlar arasında narahatlığa və hüquqşünaslara edilən çoxsaylı müraciətlərə səbəb olan əvvəlki tövsiyə ölkədə müvəqqəti yaşayan əcnəbilərdən, istisna hallar nəzərə alınmaqla, “Green Card” almaq üçün vətənlərinə qayıtmağı tələb edirdi. Bu isə ABŞ daxilində gözləmə praktikasına əsaslanan uzun illərdir formalaşmış təcrübəni dəyişirdi.

Yeni bəyanatda isə sözügedən tələbin yüksəkixtisaslı müraciətçilərə aid edilməyəcəyi və heç bir layiqli namizədin “Green Card” əldə etməsinə mane olmayacağı vurğulanıb. Bununla belə, bəzi ərizəçilər prosesə yenə də ABŞ-nin xaricdəki səfirlikləri vasitəsilə başlamalı olacaqlar.

Qeyd olunub ki, dəyişikliklər hazırda daimi qanuni yaşayış statusuna malik şəxslərə təsir göstərməyəcək.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 359 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 359 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 359 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 359 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 359 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 359 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 359 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 359 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 359 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 359 baxış
Seçilmişlər
icon