Gürcü politoloqlar Fransa və ABŞ-nin Cənubi Qafqaz planını ifşa etdi
“Qərb, Fransa və ABŞ Cənubi Qafqazda elə bir problemli yer saxlamaq istəyirlər ki, öz maraqlarına uyğun olaraq, lazım olduqda qarışıqlıq yarada bilsinlər”.
Bunu Baku TV-yə verdikləri müsahibələrində gürcü politoloq və ekpsertlər bildiriblər.
Cənubi Qafqazda sülhün təmin edilməsinin vacib olduğunu vurğulayan gürcüstanlı politoloq Levan Mamaladze bildirib ki, Qarabağ məsələsinin həll edilərək, bu məsələyə nöqtə qoyulması daimi sülhün təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Düşünürəm ki, bütün bu cəhdlərə baxmayaraq, sülh müqaviləsi yaxın vaxtlarda imzalanacaq. Xarici qüvvələrin müxtəlif cəhdlərinə rəğmən görünən odur ki, proses uğurla davam edir. Bunu iki ölkə arasında əsirlərin azad edilərək təhvil verilməsi də bir daha təsdiq etmiş oldu”, – deyə politoloq əlavə edib.
Uzun illərdir ki, Ermənistanın bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qaldığını diqqətə çatdıran gürcü politoloqlar Ermənistanın bu layihələrə qoşula biləcəyinin mümkünlüyünü də qeyd ediblər.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
- Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV
