Pleyeri seçin:

Gürcüstanda Qərb-Rusiya savaşı şiddətlənir | Tbilisi çətin seçim qarşısında

14 iyun 2024 372 baxış

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çalışır. Bu barədə təşəbbüsün hakim “Gürcü Arzusu” Partiyasından gəldiyi bildirilir.

Yerli medianın məlumatına görə, artıq Gürcüstanın Moskavadakı səfirliyinə əməkdaşlar da göndərilib. Qərb-Gürcüstan münasibətlərinin pisləşdiyi dövrdə belə bir xəbərin yayılması təsadüfi deyil.

Bununla paralel olaraq Ermənistan da KTMT-ni tərk edəcəyi ilə bağlı anons verdi. Görünür ki, hər iki qonşu dövlətdə nüfuz davası gedir. Gürcüstan Qərbdən uzaqlaşdıqca Ermənistan ona yaxınlaşır.

Tbilisinin Qərbdən uzaqlaşması iqtisadi baxımdan çox riskli bir addımdır. Çünki hazırda icra edilən bir çox layihə var ki, onlar Qərbin sərmayəsi hesabına formalaşır. Digər önəmli bir məqam isə Gürcüstandakı özəl qurumlarda Qərbin mühüm payının olmasıdır. Xüsusilə Gürcüstanın bank sektorunda və ölkə üçün böyük əhəmiyyət kəsb edən turizm sahəsində əsas pay Qərb şirkətlərinə məxsusdur.

ABŞ və Avropa kövrək iqdisadiyyata malik olan Gürcüstana bu qədər yardımı məhz Rusiya ilə münasibətləri pis olduğuna görə edib. Əgər bu münasibətlər öz yoluna girəcəksə və paralel şəkildə Tbilisinin ABŞ və Avropa ilə münasibətləri pozulacaqsa, Gürcüstan iqdisadiyyatında pozulmaların şahidi ola bilərik. Əlaqələrin bərpası zamanı isə Abxaziya və Cənubi Osetiya məsələsi yenidən gündəmə gələ bilər. Rusiyanın onlara geniş muxtariyyət istəyəcəyi şübhə doğurmur. Eyni zamanda Gürcüstanın qarşısına Qərbin təşkilatlarına deyil, Rusiyanın nəzarətində olan təşkilatlara üzv olmaq tələbi qoyula bilər.

Göründüyü kimi, Gürcüstan hazırda iki yol ayrıcındadır. Ya Qərbə inteqrasiya, ya da ərazi bütövlüyünün bərpası. Ancaq nəzərə almaq lazımdır ki, Gürcüstan və Ermənistandakı mitinqlərin ən böyük fərqi Tbilisidəki hadisələrdə əsas hərəkətverici qüvvələrin gənclər, xüsusilə də ali məktəb tələbələri olması idi. Həmin gənclər isə Avropaya inteqrasiyanın qatı müdafiəçiləridir və öz ölkələrini Avropanın bir parçası hesab edirlər. Onları bu yoldan daşındırmaq asan məsələ deyil. Siyasi həyatda da Avropaya meyillilik güclüdür.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 372 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 372 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 372 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 372 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 372 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 372 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 372 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 372 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 372 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 372 baxış
Seçilmişlər
icon