Pleyeri seçin:
Gürcüstanda yerli seçkilər təxirə salına bilər? - Kobaxidzedən açıqlama
“Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bürosunun çağırışlarına baxmayaraq, Gürcüstanda yerli seçkilər 2025-ci ilin payızında keçiriləcək”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Bu da bizə ukraynalaşmanı xatırladır. Bilirsiniz ki, Ukraynada konkret ictimai orqanların səlahiyyət müddəti başa çatsa da, seçkilər keçirilmir. Gürcüstanda hər kəs Konstitusiyaya və qanunvericiliyə hörmət etməlidir. Yerli hökumət orqanları, merlər, sakrebulo dörd illik müddətə seçilir və təbii olaraq, dörd ilin sonunda bu mandat yenilənməlidir”, – o, Avropa qurumunun müraciətini şərh edərkən jurnalistlərə bildirib.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı dərsləri azaldıldı - Baku TV CANLI
- Azərbaycandilli məktəblərdə ana dili və ədəbiyyat dərsləri azaldılıb - Baku TV
- Tbilisidə kitab təqdimatı | Azərbaycanlı müəllimlərə həsr edilmiş kitab işıq üzü gördü - Baku TV
- Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV
- Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV
