Hakan Fidandan Netanyahuya sərt sözlər | Cinayətkarların tərəfdarı kimi....
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahunun Konqresdə çıxışı və ayaq üstə alqışlanması sərt tənqidlərə məruz qalıb.
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Baş nazirin nitqini Nümayəndələr Palatasının tarixində baş tutan “ən pis” çıxış adlandırmasından sonra qardaş ölkə Türkiyədən də məsələyə münasibət bildirilib.
Ölkənin xarici işlər naziri Hakan Fidan B.Netanyahunu ayaq üstə alqışlayanları sərt tənqid edib.
“Qəzzada ölənlərin sayı 40 minə yaxınlaşıb. Milyonlarla fələstinli evlərini itirib və yurdunu tərk etmək məcburiyyətində qalıb. İnanıram ki, başda B.Netanyahu olmaqla bu vəziyyəti yaradan bütün İsrail rəsmiləri bir gün ədalət qarşısında cavab verəcək.
Onu alqışlayanlar cinayətkarın tərəfdarları kimi tarixə düşdü və bütün bəşəriyyət insanlarda mənəviyyatın tamamilə yoxa çıxdığı bir mənzərənin şahidi oldu. Nəğmələrdən deyil, haqlarından güc alan və ədalətin bərqərar ediləcəyi günü səbrlə gözləyənlər, şübhəsiz ki, sonda qalib gələcəklər”, – deyə H.Fidan qeyd edib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
