Hakan Fidanın Rusiya və Ukrayna rəsmiləri ilə keçirdiyi görüşlər | Nələr baş verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün sərgilədiyi mövqe Avropa və Kiyevdə onları prosesdən kənarda qoyacağı narahatlığı və narazılığı yaradarkən sülh masasının Türkiyədə qurula biləcəyi gündəmdədir”.
Bu barədə “Yeni Şafak” yazır.
Türkiyə nəşri bildirir ki, artıq Ankara bununla bağlı tərəflərə öz təkliflərini verib. Xarici işlər naziri Hakan Fidan iki ay ərzində rusiyalı həmkarı Sergey Lavrovla dörd telefon danışığı aparıb.
H.Fidan bir neçə gün əvvəl Münhendə ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə də görüşüb. Görüş zamanı Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələlər müzakirə edilib və iki ölkə arasında sülhün bərqərar olmasının mümkünlüyü ilə bağlı gəlişmələrə toxunulub.
Münhendə Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerovla da görüşən Hakan Fidan Türkiyənin də prosesin bir hissəsi olması lazım olduğunu vurğulayıb.
Ankara atəşkəs və ya sülh danışıqlarına ev sahibliyi edə biləcəyi məsələsini də gündəmə gətirib. Ankara bəyan edir ki, Türkiyənin hər iki ölkə ilə sıx əlaqələri var və bir çox digər aktorlardan daha çox bu prosesə töhfə verə bilər.
Digər yandan, Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfərindən sonra Türkiyəyə gəlib. Müharibənin əvvəlində Türkiyə Rusiya və Ukraynanı masaya oturtmuşdu və tərəflər anlaşmağa hazırlaşarkən son anda Qərbin müdaxiləsi ilə proses pozulmuşdu.
#Hakan Fidan teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
