Həmin evlər darmadağın ediləcək! | Netanyahudan livanlılara növbəti xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 26-da “Hizbullah”la atəşkəsin əldə olunacağına dair xəbərləri təkzib edib.
O həmçinin bildirib ki, Livana hücum dalğasının azalacağına dair yayılan xəbərlər də həqiqəti əks etdirmir:
“Biz “Hizbullah”ı vurmağa davam edəcəyik. Buradan Livan xalqına səslənirəm: bizim müharibəmiz sizinlə deyil, “Hizbullah”ladır. Nəsrullah sizi uçurumun kənarına aparır. Zərbələr endirmədən öncə sizə evlərinizi tərk edin deyə çağırış etmişdik. Dünən sizə dedim ki, buradakı evləri boşaldın. Qonaq otağına, qarajına raket qoyan livanlıların evləri yerlə-yeksan ediləcək”.
İsrailin xarici işlər naziri İsrael Katz da bununla bağlı fikirlərinin qətiyyətli olduğunu bildirərək qeyd edib ki, 21 günlük atəşkəs fikri Baş nazirin hələ cavab vermədiyi ABŞ ilə Fransanın təklifi olub.
Xatırladaq ki, ayaqüstü jurnalistlərin suallarını cavablandıran Ağ Ev lideri Co Bayden bildirib ki, sentyabrın 26-da İsrail ilə Livan arasında 21 günlük atəşkəs elan ediləcək.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
