Pleyeri seçin:
Hörmüz boğazı ilə bağlı yeni qərar | Qarşı tərəfin donanmalarına qadağa qoyuldu - Baku TV
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub.
ISNA xəbər verir ki, İran bu layihə ilə Hörmüz boğazının idarə olunmasında yeni mərhələyə qədəm qoymaq istəyir.
Bildirilib ki, qarşı tərəfin donanmalarının boğazdan keçidi qadağan ediləcək. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə qeyd edib ki, İrana hücum təkrarlanarsa, o zaman İslam Respublikasının cavabı daha sərt olacaq.
"Əgər bizi bir daha sınağa çəkərlərsə, onlara daha böyük bir dərs verəcəyik. Döyüşsəniz, döyüşəcəyik və əgər məntiqlə gəlsəniz, məntiqlə qarşılıq verəcəyik", – deyə sözlərini ABŞ Prezidenti Donald Trampa ünvanlayan Qalibaf İranın təslim olmayacağını xatırladıb.
Kopyalandı
#Məhəmməd Baqir Qalibaf teqi istifadə olunub
