Pleyeri seçin:

Hücumları davam etdirəcəyik | Yəmən və İrandan gecikməyən cavab

12 yanvar 2024 116 baxış

ABŞ və Böyük Britaniya Yəməndə husi hərəkatına qarşı əməliyyata başlayıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflərin hərbi hava qüvvələri sözügedən hərəkatın 60-dan çox hədəfinə zərbələr endirib. Pentaqonun xəbərinə görə, ordu xüsusi olaraq sursat anbarlarına və buraxılış qurğularına hücumlar həyata keçirib.

Yəməndən isə hadisəyə reaksiya gecikməyib. “Ənsar Allah” hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam bildirib ki, Yəmənə qarşı edilən bu hücumun heç bir əsası yoxdur:

“Çünki Qırmızı və Ərəb dənizlərində beynəlxalq gəmiçilik təhlükə altında deyil. Biz müharibədə olan Fələstinin limanlarına yola düşən İsrail gəmilərinə hücum etmişik və hücumları davam etdirəcəyik”.

İranın Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı rəsmi Tehranın mövqeyini ortaya qoyub. Nazirliyin sözçüsü Nasir Kənani Yəmənə edilən hücumların beynəlxalq qanunları pozduğunu deyib:

“Bu hücumlar Yəmənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması və beynəlxalq qanunların çeynənilməsidir. Bu hadisə regionda yalnız qeyri-sabitliyə töhfə verəcək. ABŞ-nin təzyiqi bir daha təsdiq edir ki, Ağ Ev İsrailin Qəzzada və regionda törətdiyi faciə və qırğınlarda tam tərəfdaşdır”.

Səudiyyə Ərəbistanı da sözügedən hücumlara səssiz qalmayıb. Ölkə ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin hədəflərinə endirdiyi hava zərbələri fonunda tərəfləri təmkinli olmağa və münaqişədən çəkinməyə çağırıb. Ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi Ər-Riyadın vəziyyəti yaxından və ciddi narahatlıqla izlədiyi vurğulanıb.

Bu arada ABŞ və Britaniyanın Yəmənə hücumu “Human Rights Watch” Təşkilatı tərəfindən də pislənib. Qurum mülki şəxslərin və obyektlərin hədəfə alınmasını müharibə cinayəti hesab edib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 116 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 116 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 116 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 116 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 116 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 116 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 116 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 116 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 116 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 116 baxış
Seçilmişlər
icon