İkidövlətli həll yolu problemlər yaradır?
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə davam edən gərginlik fonunda "iki dövlətli həll" yolu yenidən beynəlxalq gündəmin mərkəzinə çevrilib. Baku TV-nin süjetində qeyd olunur ki, illərdir münaqişənin yeganə çıxış yolu kimi təqdim edilən bu model hazırda ciddi siyasi və praktiki maneələrlə üzləşib. Xüsusilə İsrail daxilindəki bəzi siyasi dairələrin bu plana qarşı çıxması və regional güclərin fərqli maraqları həll prosesini dalana dirəyir. Verilişdə ABŞ, Avropa İttifaqı və ərəb ölkələrinin bu modelə yanaşması, həmçinin yerli əhalinin təhlükəsizlik qayğıları fonunda yaranan yeni problemlər təhlil edilir. Ekspertlər vurğulayırlar ki, mövcud şərtlər daxilində "iki dövlətli həll"in tətbiqi yalnız tərəflərin qarşılıqlı güzəştləri və beynəlxalq zəmanətlər sayəsində mümkün ola bilər.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
